İspaniya

“Valensiya” və “Betis” 3 xalı 3 qolla qazandı - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub. 

"Deportivo" - "Las Palmas" matçında qalib müəyyənləşməyib. "Valensiya" "Alaves"lə, "Betis" isə "Espanyol"la ev oyununda inamlı qələbəyə sevinib. "Real Sosyedad" isə doğma meydanda "Xetafe"yə məğlub olub. 

İspaniya La Liqası
29-cu tur

16 mart

Levante - Eybar 2:1
Qol: Rocer, 24. Boatenq, 64 - Çarles, 64.

17 mart

Deportivo - Las-Palmas 1:1
Qol: Albentosa, 22 - Haliloviç, 3.

Valensiya - Alaves 3:1
Qol: Rodriqo, 19. Zaza, 33. Laquardiya, 54-avtoqol - Sobrino, 49.

Real Sosyedad - Xetafe 1:2
Qol: Xose, 23 - Djene, 45. A.Rodriqes, 51.

Betis - Espanyol 3:0
Qol: Firpo, 34. Budebuz, 56. Qerrero, 69.

18 mart

15:00 Leqanes - Sevilya 
19:15 Barselona - Atletik 
21:30 Selta - Malaqa 
21:30 Vilyarreal - Atletiko 
23:45 Real - Jirona