İspaniya

“Levante” “Eybar”ı məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 29-cu tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda “Levante” “Eybar”ı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri 3 xala seviniblər.

İspaniya La Liqası
29-cu tur

16 mart

Levante - Eybar 2:1
Qol: Rocer, 24. Boatenq, 64 - Çarles, 64.

17 mart

16:00 Deportivo - Las-Palmas 
19:15 Valensiya - Alaves 
21:30 Real Sosyedad - Xetafe 
23:45 Betis - Espanyol

18 mart

15:00 Leqanes - Sevilya 
19:15 Barselona - Atletik 
21:30 Selta - Malaqa 
21:30 Vilyarreal - Atletiko 
23:45 Real - Jirona