İspaniya

Məşhur futbolçu 8 il həbs cəzası ala bilər

Məşhur ispaniyalı futbolçu Xabi Alonso vergidən yayınmaqda ittiham olunur.

Dsport.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü 2010-2012-ci illər aralığında 4,9 milyon avroluq vergini ödəməkdən yayınıb. Alonso bu məsələ ilə bağlı ilk məhkəmədə bəraət alsa da, ona qarşı yenidən ittiham irəli sürülüb. Yeni ittihama əsasən, ulduz futbolçu üç müxtəlif vergi saxtakarlığına əl atdığı üçün 8 il həbs cəzası ala bilər.

Xatırladaq ki, Alonso həmin dövrdə Madrid “Real”ında çıxış edib.