İspaniya

“Atletiko”dan darmadağın - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

Lider "Barselona"nın ən yaxın izləyicisi "Atletiko" doğma meydanda "Selta" ilə matçda çətinlik çəkməyib - 3:0.

Günün digər oyunlarında “Atletik” “Leqanes”i, “Espanyol” “Real Sosyedad”ı məğlub yola salıb. 

“Las-Palmas” – “Vilyarreal” görüşündə qonaqlar sevinən tərəf olublar.

İspaniya La Liqası
28-ci tur

9 mart

Jirona - Deportivo 2:0
Qol: Stuani, 21. Xuanpe, 57.

10 mart

Eybar - Real 1:2
Qol: Ramis, 50 - Ronaldo, 34; 84.

Sevilya - Valensiya 0:2
Qol: Rodriqo, 25; 68.

Xetafe - Levante 0:1
Qol: Koke, 79.

Malaqa - Barselona 0:2
Qol: Suares, 15. Koutinyo, 28.

11 mart

Espanyol - Real Sosyedad 2:1
Qol: Baptistao, 51. Xerard Moreno, 72-pen - Vilian Xose, 41.

Atletiko - Selta 3:0
Qol: Qrizmann, 44. Vitolo, 56. Korrea, 63. 

Las-Palmas - Vilyarreal 0:2
Qol: Bakka, 67. Sansone, 90+2-pen.

Atletik - Leqanes 2:0
Qol: Raul Qarsiya, 11; 17. 

12 mart

00:00 Alaves – Betis