İspaniya

“Barselona” və “Real”dan səfər qələbəsi - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.

Lider “Barselona” da şənbə günü meydana çıxıb. Kataloniya təmsilçisi səfərdə “Malaqa” ilə qarşılaşıb və iki cavabsız qolla qalib gəlib.

Madrid "Real"ı isə səfərdə "Eybar"la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda Kristiano Ronaldonun dublu qonaqlara qələbə qazandırıb.

Günün digər oyunlarında "Sevilya" evdə "Valensiya"ya, "Xetafe" isə "Levante"yə uduzub.

İspaniya La Liqası
28-ci tur

9 mart

Jirona - Deportivo 2:0
Qol: Stuani, 21. Xuanpe, 57.

10 mart

Eybar - Real 1:2
Qol: Ramis, 50 - Ronaldo, 34; 84.

Sevilya - Valensiya 0:2
Qol: Rodriqo, 25; 68.

Xetafe - Levante 0:1
Qol: Koke, 79.

Malaqa - Barselona 0:2
Qol: Suares, 15. Koutinyo, 28.

11 mart

15:00 Espanyol - Real Sosyedad 
19:15 Atletiko - Selta
21:30 Las-Palmas - Vilyarreal 
23:45 Atletik - Leqanes

12 mart

00:00 Alaves – Betis