İspaniya

Eddi İsrafilov üçün ilk

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 30-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Valyadolid”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Uzun müddət idi zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb. Lakin o, qış fasiləsində transfer olunduğu yeni klubunda ilk dəfə matçın iştirak ərizəsinə daxil edilib və sonadək ehtiyatda qalıb.

“Alkorkon" geridə qalan turlarda 35 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.