İspaniya

“Barselona” Super Kubokun qalibi oldu - VİDEO

Futbol üzrə Kataloniya Super Kubokunun qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, həlledici matçda "Barselona" və "Espanyol" qarşılaşıb. Əsas vaxtda qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyyənləşib. Burada daha dəqiq olan Ernesto Valverdenin komandası 4:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb.

Bu oyunda “Barselona”nın heyətində Messi, Suares, İnyesta, Pike, Koutinyo və Ter Ştegen kimi aparıcı futbolçulara şans verilməyib.

Qeyd edək ki, Kataloniya Super Kuboku 2014-cü ildən etibarən hər 2 ildən bir keçirilir.