İspaniya

“Bavariya” xal itirdi - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Bundesliqada ardıcıl 10 oyundu qalib gələn lider “Bavariya” doğma meydanda “Herta” ilə qarşılaşıb. Münhen təmsilçisi bu dəfə xal itkisi ilə üzləşib.

“Hoffenhaym” – “Frayburq” matçı da heç-heçə başa çatıb. “Ştutqart” “Ayntraxt”ı, “Verder” “Hamburq”u məğlub yola salıb. “Hannover” isə evdə Münhenqladbax “Borussiya”sına məğlub olub.

Almaniya Bundesliqası
24-cü tur

23 fevral

Maynts - Volfsburq 1:1
Qol: Muto, 44 - Brekalo, 6.

24 fevral

Bavariya - Herta 0:0

Hannover - Borussiya (Münhenqladbax) 0:1
Qol: Kramer, 72.

Hoffenhaym - Frayburq 1:1
Qol: Kramariç, 57 - Petersen, 66-pen.

Ştutqart - Ayntraxt 1:0
Qol: Tommi, 13.

Verder - Hamburq 1:0
Qol: Dronqelen, 86-avtoqol.

25 fevral

18:30 Bayer - Şalke
21:00 Leyptsiq - Köln

26 fevral

23:30 Borussiya (Dortmund) – Auqsburq