İspaniya

“Onu almaq istəyən 700 milyon avrosundan keçməlidi”

İspaniyanın “Real” klubu Marko Asensionu İngiltərə təmsilçisi “Liverpul”a satmaqdan imtina edib.

Dsport.az xəbər verir ki, bir müddət öncə bu barədə İspaniya mətbuatında yayılmış məlumatı Madrid klubunun prezidenti Florentino Peres də təsdiqləyib. İspaniyalı həmkarlarımız “Liverpul”un sözügedən oyunçuya görə 150 milyon avroluq təklif irəli sürdüyünü yazmışdı.

Peres İngiltərə klubundan Asensio ilə bağlı təklif aldıqlarını təsdiq edib və bildirib ki, bundan imtina ediblər. Lakin o, “Liverpul”un hansı şərtlər irəli sürdüyünü, nə qədər pul təklif etdiyini açıqlamayıb. “Real”ın prezidenti sadəcə, bunları söyləməklə kifayətlənib: “Kİmsə Asensio ilə müqavilə imzalamaq istəyirsə, bunun dəyəri 700 milyon avrodu”.

İspaniya mətbuatının yazdığına görə, Peres, klubla yeni müqavilə imzalayan Asensioya “Real”ın gələcək ulduzlarından biri kimi baxır. Yeni müqaviləyə görə, onun azad agent status alması üçün 700 milyon avro ödəmək lazımdı. Son dövrlərdə Markonu İngiltərənin “Çelsi” və “Tottenhem” klublarının da istədiyi bildirilirdi.

“Malyorka”nın yetirməsi olan Asensio “Real”a 2015-ci ildə məhz bu klubdan transfer olunub. Madrid təmsilçisinin 22 yaşlı futbolçusu 2015/16 mövsümünü “Espanyol”da keçirib.