İspaniya

İsrafilovun komandası “Barselona” üzərində qələbəyə sevindi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 26-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Barselona”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.

“Alkorkon" geridə qalan turlarda 33 xal toplayıb və hazırda 22 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.