İspaniya

İspaniya kubokunda ikinci finalçı “Barselona” oldu - VİDEO

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə “Leqanes” səfərdə “Sevilya” ilə qarşılaşıb. Bu komandaların ilk duelində qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə “Sevilya” inaml qələbəyə sevinib. Nəticədə, bu komanda ilk finalçı olub.

Yarımfinalın digər görüşü “Barselona” və “Valensiya” arasında baş tutub. İlk oyunda minimal hesabla qalib gələn Kataloniya təmsilçisi səfərdə daha inamlı qələbə qazanaraq, ikinci finalçıya çevrilib.

Beləliklə, aprelin 21-də keçiriləcək final oyunda "Barselona" və "Sevilya" klubları üz-üzə gələcəklər.

İspaniya kuboku
Yarımfinalın cavab oyunları

7 fevral

Sevilya - Leqanes 2:0 (ilk oyun 1:1)

8 fevral

Valensiya - Barselona 0:2 (0:1)