İspaniya

İspaniya Kubokunda ilk finalçı bəlli oldu - VİDEO

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ilk oyun günündə “Leqanes” səfərdə “Sevilya” ilə qarşılaşıb. Bu komandaların ilk duelində qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə “Sevilya” inaml qələbəyə sevinib. Nəticədə, bu komanda ilk finalçı olub.

Yarımfinalın digər görüşü “Barselona” və “Valensiya” arasında baş tutacaq. İlk oyunda Kataloniya təmsilçisi doğma meydanda minimal hesabla üstün olub.

İspaniya kuboku
Yarımfinalın cavab oyunları

7 fevral

Sevilya - Leqanes 2:0 (ilk oyun 1:1)

8 fevral

Valensiya - Barselona (0:1)