İspaniya

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Deportivo” klubuna yeni baş məşqçi təyin olunub.

Dsport.az xəbər verir ki, La Liqa klubu istefaya göndərdiyi Kristobal Parralonu hollandiyalı Klarens Zeedorfla əvəzləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Futbolçu karyerası ərzində “Real”, “Milan”, “İnter”, “Ayaks”, “Sampdoriya”, “Botafoqo” kimi klublarla yanaşı, uzun müddət Hollandiya millisinin də şərəfini qorumuş Klarensin məşqçi karyerası çox qısadı. O, 4 ay sabiq klubu “Milan”ı, 5 ay isə Çinin “Şençjen” komandasını çalışdırıb.

41 yaşlı Zeedorfun “Deportivo”da əsas işi La Korunya təmsilçisini Sequndaya düşməkdən xilas etmək olacaq.

22 turdan sonra hesabında 17 xal olan “Deportivo” 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.