İspaniya

“Barselona” derbidən xal itkisi ilə ayrıldı - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Lider “Barselona” səfərdə Kataloniyanın digər təmsilçisi “Espanyol”la üz-üzə gəlib. Derbidə qalib müəyyənləşməyib.

Madrid "Atletiko"su isə doğma meydanda "Valensiya"ya minimal hesabla qalib gəlib. 

İspaniya La Liqası
22-ci tur

2 fevral

Real Sosyedad - Deportivo 5:0
Qol: Xose, 33. İlyaramendi, 62; 89. Kanales, 75. Elustondo, 82.

3 fevral

Eybar - Sevilya 5:1
Qol: Kike, 1. Orelyana, 17; 61. Ramis, 32. Arbilya, 83 - Sarabiya, 21-pen.

Betis - Vilyarreal 2:1
Qol: Moron, 45; 65 - Bakka, 80-pen.

Alaves - Selta 2:1
Qol: Pedrasa, 4. El Haddadi, 18 - Aspas, 90.

Levante - Real 2:2
Qol: Boatenq, 42. Patsini, 89 - Ramos, 11. İsko, 81.

4 fevral

Xetafe - Leqanes 0:0

Espanyol - Barselona 1:1
Qol: Moreno, 66 - Pike, 82.

Jirona - Atletik 2:0
Qol: Stuani, 7-pen.; 65.

Atletiko - Valensiya 1:0
Qol: Korrea, 59.

5 fevral

00:00 Las-Palmas – Malaqa