İspaniya

La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın "Deportivo" klubu baş məşqçisi Kristobal Parralo ilə yolları ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın son turlardakı uğursuz nəticələri səbəb olub. La Liqanın son turunda səfərdə “Real Sosyedad”a 0:5 hesablı məğlubiyyət isə rəhbərliyin səbr kasasını tamamilə daşırıb.

Karralo sözügedən komandanı 2017-ci ilin sentyabr ayından çalışdırırdı.

Qeyd edək ki, "Deportivo" 22 turdan sonra La Liqada 17 xalla 18-ci pillədə qərarlaşıb.