İspaniya

Turun son matçında hərəyə 1 qol, 1 xal - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında "Eybar" doğma meydanda "Malaqa" ilə üz-üzə gəlib. Sonuncu pillədə qərarlaşan ikincilər bu oyundan 1 xalla ayrılmağa və "zirzəmi"dən çıxmağa nail olublar.

İspaniya La Liqası
20-ci tur
19 yanvar

Xetafe - Atletik 2:2
Qol: Molina, 21-pen. Rodriqes, 74 - Uilyams, 13. Qarsiya, 48-pen.

20 yanvar

Espanyol - Sevilya 0:3
Qol: Vaskes, 15. Sarabia, 34. Muriel, 90.

Atletiko - Jirona 1:1
Qol: Qrizmann, 34 - Portu, 73.

Vilyarreal - Levante 2:1
Qol: Triqeros, 26-pen. Çerışev, 50 - Rocer, 90-pen.

Las-Palmas - Valensiya 2:1
Qol: Viera, 20. Kalyeri, 53-pen - Mina, 5.

21 yanvar

Alaves - Leqanes 2:2
Qol: El Haddadi, 46. Pedraza, 52 - Qabriel, 75-pen. Zaldua, 90.

Real - Deportivo 7:1
Qol: Naço, 32; 88. Beyl, 42; 58. Modriç, 68. Ronaldo, 78; 84 - Lopes, 23. 

Real Sosyedad - Selta 1:2
Qol: Xose, 10 - Aspas, 20-pen. Qomes, 75.

Betis - Barselona 0:5
Qol: Rakitiç, 59. Messi, 64; 80. Suares, 69; 89.

22 yanvar

Eybar - Malaqa 1:1
Qol: Kike, 76 - En-Nesiri, 16.