İspaniya

“Atletiko” ev oyununda xal itirdi, “Valensiya” uduzdu - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 20-ci tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.

Madrid "Atletiko"su doğma meydanda "Jirona" ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə növbəti xal itkisi ilə üzləşiblər.

"Vilyarreal" evdə "Levante"ni məğlubiyyətə uğradıb.

"Sevilya" səfərdə "Espanyol"u darmadağın edib. "Valensiya" isə "Las Palmas" səfərində gözlənilməz məğlubiyyətlə üzləşib. 

İspaniya La Liqası
20-ci tur
19 yanvar

Xetafe - Atletik 2:2
Qol: Molina, 21-pen. Rodriqes, 74 - Uilyams, 13. Qarsiya, 48-pen.

20 yanvar

Espanyol - Sevilya 0:3
Qol: Vaskes, 15. Sarabia, 34. Muriel, 90.

Atletiko - Jirona 1:1
Qol: Qrizmann, 34 - Portu, 73.

Vilyarreal - Levante 2:1
Qol: Triqeros, 26-pen. Çerışev, 50 - Rocer, 90-pen.

Las-Palmas - Valensiya 2:1
Qol: Viera, 20. Kalyeri, 53-pen - Mina, 5.

21 yanvar

15:00 Alaves - Leqanes 
19:15 Real - Deportivo 
21:30 Real Sosyedad - Selta
23:45 Betis - Barselona

22 yanvar

00:00 Eybar – Malaqa