İspaniya

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Malaqa” klubunun baş məşqçisi Migel Qonsaleslə yollarını ayırdığı barədə məlumat vermişdik.

Dsport.az xəbər verir ki, La Liqa klubunun rəhbərliyi artıq 54 yaşlı mütəxəssisə əvəz tapıb. Xose Manuel Qonsales komandanın yeni baş məşqçisi təyin edilib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqaviləyə əsasən, 51 yaşlı mütəxəssis mövsümün sonuna kimi “Malaqa”nın “sükanı arxasında” olacaq.

Məşqçi karyerası ərzində “Kadis”, “Albasete”, “Kordoba”, “Mursiya”, “Qranada”, “Beyinq Quoan” (Çin) kimi komandaların baş məşqçisi olmuş Qonsales, 1995/96 mövsümündə futbolçu kimi “Malaqa”nın şərəfini qoruyub.