İspaniya

İsrafilovlu “Ximnastik” xal itirdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 22-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Almeriya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.

“Ximnastik" geridə qalan turlarda 25 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.