İspaniya

La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın “Malaqa” klubu baş məşqçisi Migel Qonsaleslə yolları ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən komandanın ötən gün səfərdə “Xetafe”yə də məğlub olması (0:1) klub rəhbərliyinin səbr kasasını daşırıb. Hansı ki, bu, komandanın ardıcıl dördüncü məğlubiyyəti olub.

Migel Qonsales ötən ilin mart ayından “Malaqa”nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm geridə qalan 19 turda cəmi 11 xal toplayıb və “Las Palmas”la birgə sonuncu pilləni bölüşür.