İspaniya

“Sevilya”dan yeni transfer

İspaniya La Liqa təmsilçisi “Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Əndəlus təmsilçisi Braziliyanın “Korintians” klubunun müdafiəçisi Gilyerme Arananı heyətinə cəlb edib. Bu barədə məlumatı “Sevilya”nın mətbuat xidməti yayıb.

20 yaşlı futbolçuyla 2022-ci ilin yayına kimi müqavilə bağlanıb. İspaniya mətbuatında yer alan məlumata görə, “Sevilya” gənc futbolçunun transferi üçün 12 milyon avro ödəyib.

Sol cinah müdafiəçi mövqeyində çıxış edən braziliyalı futbolçu yeni klubunda 8 nömrəli formada çıxış edəcək.