İspaniya

“Arsenal”ı “Valensiya”ya dəyişdi – FOTO

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı futbolçu Fransis Kokleni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalanıb.

“Valensiya”nın bu keçidə görə Kokleni transfer etdiyi İngiltərənin “Arsenal” klubuna 12 milyon funt-sterlinq ödədiyi bildirilir.

Koklen “Arsenal”da 2008-ci ildən çıxış edirdi. O, London klubunun heyətində bu günə qədər 160 oyuna çıxıb. Yarımmüdafiəçi bu illərdə “Loryan”, “Frayburq”, “Çarlton Atletik” kimi klublarda da icarə əsasında oynayıb.