İspaniya

“Alaves”dən əzmkar qələbə

Futbol üzrə İspaniya La Liqasında 14-cü tura yekun vurulub. 

Dsport.az xəbər verir ki, turun son qarşılaşmasında "Alaves" səfərdə "Jirona"nı 3:2 hesabıyla məğlub edib. 

Qonaqlar matçın gedişində hesabda 0:2 geri düşsə də, sonda İbai Qomesin het-triki ilə oyundan 3 xalla ayrılmağı bacarıb. Bu qələbə ilə "Alaves" La Liqada son pillədən xilas olub.  

İspaniya La Liqası
14-cü tur
1 dekabr

Malaqa - Levante 0:0

2 dekabr

Barselona - Selta 2:2
Qol: Messi, 22. Suares, 62 - Aspas, 20. Qomes, 70.

Atletiko - Real Sosyedad 2:1
Qol: Luis, 63. Qrizmann, 87 - Xose, 29-pen.

Sevilya - Deportivo 2:0
Qol: Yedder, 45. Kron-Deli, 78.

Atletik - Real 0:0

3 dekabr

Leqanes - Vilyarreal 3:1
Qol: Riko, 73. El Zar, 82. Appelt, 90+3 - Raba, 61.

Xetafe - Valensiya 1:0
Qol: Berqara, 66.

Eybar - Espanyol 3:1
Qol: Kike Qarsiya, 9. Alexo, 38. Joan Jordan, 69-pen - Serji Enrix, 79-öz qapısına. 

Las Palmas - Betis 1:0
Qol: Kalyeri, 18.

4 dekabr

Jirona - Alaves 2:3
Qol: Stuani, 59. Xuanpe, 62 - İbai Qomes, 72; 87-pen; 90+4.