İspaniya

“Valensiya” şansı boşa verdi - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 14-cü tura start verilib. 

Dsport.azz az xəbər verir ki, turun ilk oyununda “Malaqa” “Levante”ni qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Lider “Barselona” şənbə günü meydana çıxıb. Kataloniya təmsilçisi evdə “Selta” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə "Barsa" xal itkisi ilə üzləşib. 

Kataloniya təmsilçisinin bu xal itkisindən əzəli rəqibi "Real" yararlana bilməyib. Madrid təmsilçisi səfərdə "Atletik"lə qolsuz bərabərliyə razılaşıb.

Madridin digər təmsilçisi "Atletiko" isə doğma meydanda "Real Sosyedad" üzərində əzmkar qələbəyə sevinib. "Sevilya" da "Deportivo"nu məğlub yola salıb.

"Barselona" bir gün öncə "Selta" ilə ev oyunda vacib xallar itirdiyindən, Kataloniya təmsilçisinin ən yaxın izləyicisi "Valensiya" səfərdə "Xetafe" ilə qarşılaşmadan 3 xalla ayrılmaqla, liderlə xal fərqini azalda bilərdi. Lakin bu, "yarasalar"a müyəssər olmur. Komanda səfər görüşünü rəqibin oyununun böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, məğlub başa vurub - 0:1.

İspaniya La Liqası
14-cü tur
1 dekabr

Malaqa - Levante 0:0

2 dekabr

Barselona - Selta 2:2
Qol: Messi, 22. Suares, 62 - Aspas, 20. Qomes, 70.

Atletiko - Real Sosyedad 2:1
Qol: Luis, 63. Qrizmann, 87 - Xose, 29-pen.

Sevilya - Deportivo 2:0
Qol: Yedder, 45. Kron-Deli, 78.

Atletik - Real 0:0

3 dekabr

Leqanes - Vilyarreal 3:1
Qol: Riko, 73. El Zar, 82. Appelt, 90+3 - Raba, 61.

Xetafe - Valensiya 1:0
Qol: Berqara, 66.

Eybar - Espanyol 3:1
Qol: Kike Qarsiya, 9. Alexo, 38. Joan Jordan, 69-pen - Serji Enrix, 79-öz qapısına. 

Las Palmas - Betis 1:0
Qol: Kalyeri, 18.

4 dekabr

00:00 Jirona – Alaves