İspaniya

Arda qışda “Barsa”dan ayrılacaq - agenti açıqladı

Arda Turan qış transfer pəncərəsi zamanı “Barselona”dan gedəcək.

Dsport.az xəbər verir ki, bu barədə məlumatı Ardanın agenti Ahmet Bulut verib. Ancaq o, müştərisinin hansı komandaya gedəcəyinin bəlli olmadığını bildirib:

“Hazırda onun hara gedəcəyi məlum deyil. Ancaq “Barsa”nı yanvarda tərk edəcəyi dəqiqdi. Biz İspaniya, İngiltərə və İtaliyanın 3-4 komandası ilə danışıqlar aparırıq. “Qalatasaray”la əlaqəmiz isə yoxdu.

Yaxın 15 gün ərzində qəti qərar qəbul edəcəyik. İki variant var: Arda ya icarəyə veriləcək, ya da satılacaq”.

30 yaşlı Arda cari mövsümdə “Barsa”nın heyətində bircə rəsmi oyun da keçirməyib.