İspaniya

“Barselona”lı futbolçu 8 həftə oynamayacaq

İspaniya La Liqasının 14-cü turu çərçivəsində keçirilmiş “Selta” ilə ev oyununda (2:2) zədə alan “Barselona”nın müdafiəçisi Samuel Umtitinin vəziyyətinə aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, “Nou Kamp”da keçirilən qarşılaşmanın ikinci hissəsində zədələnərək əvəzlənən fransalı futbolçu 8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Xatırladaq ki, 24 yaşlı müdafiəçi “Barsa”nın əsas üzvlərindəndi. O, cari mövsümdə 19 oyunda şans qazanıb.