İspaniya

“Barsa” da xal itirdi, “Real” da - VİDEOLAR

Futbol üzrə İspaniya çempionatında 14-cü tur həyəcanı davam edir.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Malaqa” “Levante”ni qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Lider “Barselona” şənbə günü meydana çıxıb. Kataloniya təmsilçisi evdə “Selta” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə "Barsa" xal itkisi ilə üzləşib. 

Kataloniya təmsilçisinin bu xal itkisindən əzəli rəqibi "Real" yararlana bilməyib. Madrid təmsilçisi səfərdə "Atletik"lə qolsuz bərabərliyə razılaşıb.

Madridin digər təmsilçisi "Atletiko" isə doğma meydanda "Real Sosyedad" üzərində əzmkar qələbəyə sevinib. "Sevilya" da "Deportivo"nu məğlub yola salıb.

İspaniya La Liqası
14-cü tur

1 dekabr

Malaqa - Levante 0:0

2 dekabr

Barselona - Selta 2:2
Qol: Messi, 22. Suares, 62 - Aspas, 20. Qomes, 70.

Atletiko - Real Sosyedad 2:1
Qol: Luis, 63. Qrizmann, 87 - Xose, 29-pen.

Sevilya - Deportivo 2:0
Qol: Yedder, 45. Kron-Deli, 78.

Atletik - Real 0:0

3 dekabr

15:00 Leqanes - Vilyarreal 
19:15 Xetafe - Valensiya 
21:30 Eybar - Espanyol 
23:45 Las Palmas - Betis

4 dekabr

00:00 Jirona – Alaves