İspaniya

Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Eduardo Beritso ağır xəstəliyə düçar olub.

Dsport.az xəbər verir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir. Həkimlər ona prostat vəzinin xərçəngi diaqnozunu qoyublar.

Mütəxəssis əməliyyat olunmalıdı. Ancaq əməliyyatın vaxtı barədə məlumat verilmir.

“Sevilya” Çempionlar Liqasında “Liverpul”la keçirilən oyunda (3:3) hesabı bərabərləşdirdikdən sonra bütün futbolçular Beritsonun yanına qaçmışdılar. İspaniya mətbuatı iddia edir ki, futbolçular ağır xəstəliyə düçar olan mütəxəssisə dəstəklərini nümayiş etdirmək üçün bu addımı atıblar. Daha bir iddiaya görə isə o, bu xəstəliyi barədə futbolçularına ilk dəfə məhz bu matçın fasiləsində məlumat verib. Futbolçular da yerli mətbuata açıqlamalarında ikinci hissədə məhz baş məşqçiləri üçün oynadıqlarını etiraf ediblər.