İspaniya

İsrafilovsuz “Ximnastik” məğlub oldu

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Real Ovyedo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ximnastik" geridə qalan turlarda 15 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.