İspaniya

Ronaldo Raulu geridə qoydu

Madrid “Real”ı İspaniya çempionatının 11-ci turunda “Las Palmas”a 3:0 hesabı ilə qalib gəlib.

Dsport.az xəbər verir ki, Kriştiano Ronaldo qarşılaşmada qol vura bilməsə də, başqa aspektdə fərqlənib. Ronaldo bir qol ötürməsi edib.

Bununla da, portuqaliyalı “kral klubu”nda verdiyi qol ötürmələrinin sayını 84-ə çatdırıb. O, bu göstəricidə “Real”ın əfsanəvi futbolçusu Raulu geridə qoyub. Raulun hesabında 83 qol ötürməsi var.

Ronaldonun göstəricisi “Real”da son 25 ilin ən yaxşı nəticəsidi.