İspaniya

“Real”dan darmadağın - VİDEOLAR

Futbol üzrə İspaniya çempionatında 11-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Betis” “Xetafe”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” şənbə günü La Korunyada “Deportivo”nun qonağı olub. Son oyunlarda qələbəyə həsrət qalan, bir neçə gün öncə Ağdam təmsilçisi ilə də evdə “sülh bağlayan” “hindular”, səfər sınağından son dəqiqələrdə vurduqları yeganə qolla 3 xalla qayıtmağı bacarıblar.

Bu mövsüm inamlı çıxışı ilə seçilən "Valensiya" bu dəfə "Leqanes"i darmadağın edib. "Alaves" "Espanyol"a qalib gəlib.

Lider “Barselona” isə “Sevilya”nı qəbul edib. Üç qolun vurulduğu görüşdə kataloniyalılar növbəti qələbəni bayram ediblər.

Son oyun günündə "Real" doğma meydanda "Las Palmas"la qarşılaşıb. Son çempion bu oyunda 3 qolla 3 xala sahib çıxıb.

İspaniya La Liqası
11-ci tur
3 noyabr

Betis - Xetafe 2:2
Qol: Sanabriya, 68. Budebuz, 87 - Berqara, 18. Portilyo, 34.

4 noyabr

Valensiya - Leqanes 3:0
Qol: Parexo, 14. Rodriqo, 71. Mina, 82-pen.

Deportivo - Atletiko 0:1
Qol: Partey, 90+1.

Alaves - Espanyol 1:0
Qol: Santos, 1.

Barselona - Sevilya 2:1
Qol: Alkaser, 23; 65 - Pisarro, 59.

5 noyabr

Levante - Jirona 1:2
Qol: Ünal, 90 - Qarsiya, 58. Stuani, 83.

Selta - Atletik 3:1
Qol: Qomes, 16. Aspas, 22; 26 - Qarsiya, 38. 

Real Sosyedad - Eybar 3:1
Qol: Xose, 12. Yanuzay, 28. Oyarzabal, 46 - Cordan, 72.

Vilyarreal - Malaqa 2:0
Qol: Sansone, 68; 76.

Real - Las Palmas 3:0
Qol: Kazemiro, 41. Asensio, 56. İsko, 74.