İspaniya

İsrafilovsuz “Ximnastik” 3 xalı 3 qolla qazandı

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 13-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Valyadolid”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ximnastik" geridə qalan turlarda 15 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.