İspaniya

“Barselona”dan növbəti qələbə, “Valensiya”dan darmadağın - VİDEOLAR

Futbol üzrə İspaniya La Liqasında 11-ci tur həyəcanı davam edir.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Betis” “Xetafe”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” şənbə günü La Korunyada “Deportivo”nun qonağı olub. Son oyunlarda qələbəyə həsrət qalan, bir neçə gün öncə Ağdam təmsilçisi ilə də evdə “sülh bağlayan” “hindular”, səfər sınağından son dəqiqələrdə vurduqları yeganə qolla 3 xalla qayıtmağı bacarıblar.

Bu mövsüm inamlı çıxışı ilə seçilən "Valensiya" bu dəfə "Leqanes"i darmadağın edib. "Alaves" "Espanyol"a qalib gəlib.

Lider “Barselona” isə “Sevilya”nı qəbul edib. Üç qolun vurulduğu görüşdə kataloniyalılar növbəti qələbəni bayram ediblər.

İspaniya La Liqası
11-ci tur

3 noyabr

Betis - Xetafe 2:2
Qol: Sanabriya, 68. Budebuz, 87 - Berqara, 18. Portilyo, 34.

4 noyabr

Valensiya - Leqanes 3:0
Qol: Parexo, 14. Rodriqo, 71. Mina, 82-pen.

Deportivo - Atletiko 0:1
Qol: Partey, 90+1.

Alaves - Espanyol 1:0
Qol: Santos, 1.

Barselona - Sevilya 2:1
Qol: Alkaser, 23; 65 - Pisarro, 59.

5 noyabr

15:00 Levante - Jirona 
19:15 Selta - Atletik
21:30 Real Sosyedad - Eybar
21:30 Vilyarreal - Malaqa 
23:45 Real - Las Palmas