İspaniya

“Real”la “Vilyarreal”dan darmadağın - VİDEO

Futbol üzrə İspaniya çempionatında 9-cu tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, turun ilk oyun günündə 4 görüş keçirilib.

Lider “Barselona” doğma meydanda “Malaqa” ilə qarşılaşıb və iki cavabsız qolla üstün olub.

"Betis" "Alaves"i, "Valensiya" isə "Sevilya"nı məğlub yola salıb. "Levante" - "Xetafe" matçında da qalib müəyyənləşməyib.

Çempion “Real” ikinci oyun günündə meydana çıxıb. “Kral klubu” “Eybar”ı qəbul edib və darmadağınla qalib gəlib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” da bazar günü meydana çıxıb. “Hindular” Viqoda “Selta”nın qonağı olub və minimal hesablı qələbəyə sevinib. 

Uğurlu çıxışı ilə diqqət çəkən "Leqanes" doğma meydanda "Atletik"i məğlub edib. "Vilyarreal" da "Las Palmas"a 4 cavabsız qolla qalib gəlib.

İspaniya La Liqası
9-cu tur
21 oktyabr

Levante - Xetafe 1:1
Qol: Morales, 62 - Fajr, 58.

Betis - Alaves 2:0
Qol: Sanabriya, 13. Aleksis, 75-öz qapısına.

Valensiya - Sevilya 4:0
Qol: Quedes, 43; 90. Zaza, 51. Mina, 85.

Barselona - Malaqa 2:0
Qol: Deulofeu, 2. İnyesta, 56.

22 oktyabr

Vilyarreal - Las Palmas 4:0
Qol: Bakambu, 48. Mario Qasper, 61. Navarro, 67-avtoqol. Sansone, 90+3.

Selta - Atletiko 0:1
Qol: Qameyro, 28.

Leqanes - Atletik 1:0
Qol: Bovyu, 54.

Real - Eybar 3:0
Qol: Oliveyra, 18-öz qapısına. Asensio, 28. Marselo, 82.

23 oktyabr

22:00 Real Sosyedad - Espanyol 
23:00 Deportivo - Jirona