İspaniya

“Atletiko” səfərdə qələbə qazandı - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Selta” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0. Madridlilərin yeganə qolunu 28-ci dəqiqədə Kevin Qameyro vurub.

Bu qələbədən sonra “Atletiko” xallarının sayını 19-a çatdırıb. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” bir neçə gün öncə Bakıda qolsuz heç-heçəyə razılaşdığı “Atletiko” ilə oktyabrın 31-də Madriddə yenidən üz-üzə gələcək.