İspaniya

İsrafilovun “Barselona”ya qarşı oynamaq istəyi baş tutmadı

Futbol üzrə İspaniya 2-ci liqasında 7-ci turun bir oyunu təxirə salınıb. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik”in “Barselona”nın B komandası ilə dueli başqa tarixə keçirilib. Buna ötən gün Kataloniyada baş tutan referendum səbəb olub.

Qeyd edək ki, “Ximnastik” bu mövsüm oynadığı 6 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 22 klub arasında 20-ci pillədə qərarlaşıb.