İspaniya

La Liqa klubunda yeni baş məşqçi

İspaniya La Liqasında yeni mövsümə uğursuz başlayan “Alaves” baş məşqçi dəyişikliyinə əl atıb.

Dsport.az xəbər verir ki, ardıcıl məğlubiyyətlərdən sonra Luis Zubeldiya ilə yollarını ayıran və ilk 5 turda aktivinə xal yazdıra bilməyən klub Canni De Byazi ilə anlaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. İtaliyalı mütəxəssisin tezliklə İspaniyaya gəlib rəsmi müqaviləyə imza atması gözlənilir. Onun mövsümün sonunadək bu komandada çalışacağı qeyd olunur.

Qeyd edək ki, Canni De Byazi 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığmasını tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə (2016-cı il) daşıyıb.