İspaniya

İspaniya La Liqasında 5-ci tura yekun vuruldu - VİDEOLAR

Futbol üzrə İspaniya çempionatında 5-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Valensiya” “Malaqa”nı qəbul edib və 5 cavabsız qolla qalib gəlib. 

“Barselona” isə evdə “Eybar”la qarşılaşıb və 3 xalı 6 qolla qazanıb.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” ikinci oyun günündə meydana çıxıb. “Hindular” Bilbaoda “Atletik”in qonağı olublar və çətin qələbəyə seviniblər.

Madridin digər təmsilçisi "Real" isə doğma meydanda gözlənilmədən "Betis"ə məğlub olub.

Son gündə "Vilyarreal" "Espanyol"la heç-heçəyə razılaşıbsa, "Selta" da "Xetafe" ilə bərabərə qalıb. "Levante" isə "Real Sosyedad"ı darmadağınla yola salıb.

İspaniya La Liqası
5-ci tur
19 sentyabr

“Valensiya” – “Malaqa” 5:0
Qol: Mina, 17. Zaza, 55; 60; 63. Rodriqo, 86.

“Barselona” – “Eybar” 6:1
Qol: Messi, 20-pen; 59; 62; 87. Paulinyo, 38. D.Suares, 53 - Serji Enrix, 57.

20 sentyabr

“Atletik” – “Atletiko” 1:2
Qol: Qarsiya, 90 - Korrea, 55. Karrasko, 73.

“Leqanes” – “Jirona” 0:0

“Deportivo” – “Alaves” 1:0
Qol: Luizinyo, 45.

“Real” – “Betis” 0:1
Qol: Sanabriya, 90.

“Sevilya” – “Las Palmas” 1:0
Qol: Navas, 83.

21 sentyabr

“Vilyarreal” – “Espanyol” 0:0

“Selta” – “Xetafe” 1:1
Qol: Qomes, 25 - Rodriqes, 86.

“Levante” – “Real Sosyedad” 3:0
Qol: Çema, 45. Morales, 75. Bardi, 89.