İspaniya

İnyesta fantastik məbləğdən imtina etdi

"Barselona"nın kapitanı Andres İnyesta dünyanın ən yüksək ödənişli futbolçusu olmaqdan imtina edib, 32 yaşlı yarımmüdafiəçi Çindən aldığı cəlbedici təklifi qəbul etməməsi nəticəsində reallaşıb.

"Barselona"nın kapitanı Andres İnyesta dünyanın ən yüksək ödənişli futbolçusu olmaqdan imtina edib, 32 yaşlı yarımmüdafiəçi Çindən aldığı cəlbedici təklifi qəbul etməməsi nəticəsində reallaşıb. Belə ki, İnyestaya bu ölkədən 2 təklif gəlib. Onlardan biri dünya üzrə rekord - illik 35 milyon avro məvacib təklifi olub. Adı açıqlanmayan həmin klub İnyestaya həmçinin bir sıra bonuslar təklif edib. Bunlardan biri səfər oyunların iştirak etməmək imkanı imiş. Xatırdaladaq ki, İnyestatnın "Barselona" ilə müqaviləsi 2018-ci ilin yayında bitir.