İspaniya

Messiyə ilinə 35 milyon təklif edirlər

"Barselona" futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaq barədə danışıqları davam etdirir.

"Barselona" futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaq barədə danışıqları davam etdirir. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu argentinalı hücumçunu razı salmaq üçün ona ilinə 35 milyon avro ödəməyə hazır olduğu bildirilib. Hələlik danışıqlarda tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Qeyd edək ki, L.Messinin "Barsa" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.