Şahmat

Şəhriyar Məmmədyarov "Vyana Open 2015"in qalibi oldu

Festival A ,B, C və D turnirlərindən ibarət olaraq keçirilib.

Avstriyada keçirilən "Vyana Open 2015" beynəlxalq şahmat festivalı başa çatıb.

50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanın idman şərəfini Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov, Afiq İsrafilov və digərləri təmsil ediblər. Festival A ,B, C və D turnirlərindən ibarət olaraq keçirilib.

Festival çərçivəsində, həmçinin Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilə yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət qarşılaşma oynanılıb. Şəhriyar Məmmədyarov 3,5-2,5 hesabı ilə yarışın qalibi olub.

Festivalın "A" turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazaraq 6-18-ci yerləri bölüşdürüb. Nərgiz Umudova isə 9 oyundan 5,5 xal toplayıb. "C" turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6,5 xalla 6-cı, Afiq İsrafilov isə 6 xalla 17-ci yerin sahibi olub.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.