Şahmat

Teymur Rəcəbov bürünc medal qazandı

Çinin paytaxtı Pekin şəhərində keçirilən Ümumdünya İntellektual Oyunlarında şahmat üzrə blits turnirinə yekun vurulub.

Yarışda ümumilikdə 16 beynəlxalq qrossmeyster iştirak edib. Aktivində 18 xalı olan Teymur Rəcəbov blits üzrə turnirin yekunlarına əsasən, bürünc medala sahib çıxıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 17 xalla altıncı olub.

Rapid turnirində olduğu kimi, blitsdə də qalib 19,5 xal toplayan Aleksandr Qrişuk olub. Maksim Vaşe-Laqrav rus qrossmeysterdən bir xal geri qalıb və gümüş medala sahib çıxıb.