Şahmat

Şəhriyar Məmmədyarov 2-5-ci yerləri bölüşdürdü

Çinin paytaxtı Pekin şəhərində keçirilən Ümumdünya İntellektual Oyunları davam edir.

Turnirin şahmat yarışlarında azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da daxil olmaqla, ümumilikdə 16 beynəlxalq qrossmeyster iştirak edir.

Artıq rapid turnirinə yekun vurulub. Rusiyalı Aleksandr Qrişuk 5 xal toplayaraq qalib adını qazanıb. Qrişukdan yarım xal geri qalan Şəhriyar Məmmədyarov, Maksim Vaşe-Laqrav, Van Xao və Levon Aronyanla birlikdə 2-5-ci pillələri bölüşdürüb. Teymur Rəcəbov isə 2 xalla sonuncu olub.

Blits turnirinə isə bu gün yekun vurulacaq. Yarışlar iki dövrədə keçirilir. 20 turdan sonra turnir cədvəlinə aktivində 14 xalı olan Maksim Vaşe-Laqrav başçılıq edir. Məmmədyarovun 11,5, Rəcəbovun isə 11 xalı var.

Şahmat üzrə Ümumdünya İntellektual Oyunları dekabrın 18-nə kimi davam edəcək.