Şahmat

Ümumdünya İntellektual Oyunları başlayır

Bu gün Çinin paytaxtı Pekin şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən Ümümdünya İntellektual Oyunları start götürəcək.

Dünyanın 16 ən güclü şahmatçılarının (A.Qrişuk, Y.Nepomnyaşiy (hər ikisi Rusiya), Van Xao, Van Yue (hər ikisi Çin), V.İvancuk, R. Ponomarev (hər ikisi Ukrayna), L.Аronyan (Ermənistan), L.Dominges (Kuba), М.Vaşıe-Laqrav, E.Bakrot (hər ikisi Fransa), B.Gelfand (İsrail), P.Leko (Macarıstan),R.Voytajek (Polşa), H.K.Pentala (Hindistan) iştirak etdiyi yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək.

Dekabrın 18-dək davam edəcək yarışda dekabrın 11-12-də sürətli şahmat üzrə (İsveçrə sistemi ilə 7 tur) turnir,13-15 dekabr tarixində blits turniri (2 dairədə) və nəhayət dekabrın 16-ı və 17-də (İsvecrə sistemi ilə 5 tur) zəka sahibləri eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparacaqlar.