Şahmat

Kişi şahmatçıların Azərbaycan çempionatına yekun vuruldu

Respublika Şahmat Mərkəzində kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı (I dəstə) başa çatıb.

Respublika Şahmat Mərkəzində kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı (I dəstə) başa çatıb. Birincilikdə 23 zəka sahibi qələbə uğrunda mübarizə aparırdı.

İsverə sistemi ilə 9 turdan ibarət keçirilən çempionatın qalibi aktivinə 7 xal yazan Fərid Zeynalov olub. İsmayıl Şahəliyev rəqibindən yarım xal az toplayaraq 2-ci yerin sahibi olub. Vüqar Əsədli və Abdulla Qədimbəyli isə 6 xal toplayaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Vüqar Əsədli 3-cü yerə layiq görülüb.

Yarışda I yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanıb. II yeri tutan şahmatçı isə yüksək dəstəyə birinci namizəd hesab edilir. Çempionatın mükafat fondu 1000 AZN təşkil edirdi.