Şahmat

7 turdan sonra Fərid Zeynalov çempionata liderlik edir

Respublika Şahmat Mərkəzində kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında (I dəstə) 7–ci turun görüşləri başa çatıb.

Respublika Şahmat Mərkəzində kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında (I dəstə) 7–ci turun görüşləri başa çatıb. Çempionatda 23 zəka sahibi birincilik uğurunda mübarizə aparır.

Fərid Zeynalov 7 turdan sonra aktivinə 6 xal yazaraq çempionatın vahid lideridi. 2-ci yerdə 5 xalla Abdulla Qədimbəyli qərarlaşıb.

Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdi.