Şahmat

"Qatar Masters Open 2014" beynəlxalq şahmat turniri başa çatıb

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirnə yekun vurulub.

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirnə yekun vurulub.

Sonuncu turda qara fiqurlarla mübarizə aparan təmsilçimiz Vasif Durarbəyli ukraynalı Yuriy Krivoruçkonu məğlub edərək aktivinə 6,5 xal yazıb. Rauf Məmmədov və Zeynəb Məmmədyarova isə Hindistan təmsilçiləri üzərində qələbə qazanıblar. Şəhriyar Məmmədyarov Polşa şahmatçısı Dariuş Sverc, Eltac Səfərli rusiyalı rəqibi Yevgeni Tomaşevski və Qədir Hüseynov isə Ermənistan təmsilçisi Qabriel Sarkisyanla xalları yarı bölüb. Günay Məmmədzadə İran şahmatçısı Sarasadat  Xademalşarieşə məğlub olub.

Beləliklə, Vasif Durarbəyli 6,5 xalla turnirin beşincisi olub. Eltac Səfərli 6 xalla 7-23-cü yerləri bölüşdürərək əlavə göstəricilərə görə 18-ci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov 5,5 xal, Qədir Hüseynov 5 xal, Zeynəb Məmmədyarova 4,5 xal və Günay Məmmədzadə 3 xal toplayıb.

Turnirin qalibi adını aktivinə 7,5 xal yazan Çin şahmatçısı Yu Yangyi qazanıb.