Şahmat

FİDE-də azərbaycanlı vitse-prezident - FOTOLAR

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib. 

Dsport.az xəbər verir ki, FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında rusiyalı iqtisadçı Arkadi Dvorkoviç təşkilatın rəhbəri seçilib.

Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub. 

FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasından fotoları təqdim edirik.

Fotolar Eteri Kublaşviliyə məxsusdu,