Şahmat

Vüqar Həşimovun xatirə turniri başa çatdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturniri başa çatıb.

Dsport.az xəbər verir ki, bu gün sonuncu - 9-cu turun görüşləri keçirilib.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovla Rauf Məmmədov bir-biri ilə qarşılaşıb. Onlar sonda heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov isə David Navara ilə “sülh bağlayıb”.

Sergey Karyakin Veselin Topalovla görüşdən qələbə ilə ayrılıb.

Dünya çempionu Maqnus Karslen isə Dinq Lirenlə dueldə heç-heçəyə razılaşıb. Buna baxmayaraq, o, xallarının sayını 6-ya çatdıraraq, turnirin qalibi olub.

Shamkir Chess 2018
9-cu tur
28 aprel

Maqnus Karlsen (Norveç) - Dinq Liren (Çin) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Radoslav Voytaşek (Polşa) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Turnir cədvəli: Karlsen – 6; Liren – 5,5; Karyakin – 5; Məmmədyarov, Voytaşek, Giri, Rəcəbov – 4,5; Topalov, Məmmədov – 4; Navara – 2,5.