Şahmat

Maqnus Karlsen mətbuat konfransına gəlmədi

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirində bu gün 3-cü turun görüşləri keçirilir.

Dsport.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. Maraqlıdı ki, Rauf Məmmədovla xalı yarı bölən norveçli şahmatçı partiyadan sonra ənənəvi mətbuat konfransında iştirak etməyib.

Shamkir Chess 2018 superturnirinin mətbuat xidmətinin məlumatına görə, Maqnus Karlsen yarış zalından birbaşa məskunlaşdığı otelə yollanıb.